"İtaliya ATƏT Minsk qrupunun səylərini dəstəkləyir"


Siyasət 06 Apr 2018 18:20:00 254 0

"İtaliya ATƏT Minsk qrupunun səylərini dəstəkləyir"

İtaliya ATƏT Minsk qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş səylərini dəstəkləyir və danışıqların digər formatını müzakirə etməyə hazırlaşmır.

Son.az Trend-ə istinadən bildirir ki,  bunu İtaliya Prezidenti Serco Mattarella Romada ermənistanlı həmkarı ilə görüşü zamanı deyib.

S.Mattarella ümidvar olduğunu bildirib ki, Minsk qrupu münaqişə tərəfləri ilə birgə düzgün həll yolu tapacaq və münaqişə qısa zaman ərzində nizamlanacaq.

İtaliya prezidenti vurğulayıb ki, İtaliyanın ATƏT sədrliyi müddətində prioritetlərindən biri həlli uzanmış münaqişələrin nizamlanmasıdır.