Elmar Məmmədyarov: "İraqdakı azərbaycanlı qadınların və uşaqların qaytarılması ilə bağlı iş aparılır"


Siyasət 06 Apr 2018 18:18:16 287 0

Elmar Məmmədyarov: "İraqdakı azərbaycanlı qadınların və uşaqların qaytarılması ilə bağlı iş aparılır"

"Bu məsələ uzun araşdırma tələb edir"

"İraqdakı azərbaycanlı qadınların və uşaqların qaytarılması ilə bağlı iş aparılır".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

"Bu məsələ uzun araşdırma tələb edir. Çünki bu, təkcə bizdən asılı deyil. Hazırda qadınların qanunsuz qruplaşmaların fəaliyyətinə cəlb edilməsi faktını müəyyən etmək lazımdır", - XİN başçısı qeyd edib.

E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan İraqdakı uşaqların taleyindən narahatdır: "Artıq oraya nümayəndələrimizi göndərmişik. İraqdakı səfirliyimiz hazırda bu istiqamətdə çalışır".