ADGTTda aprel şəhidlərinin xatirəsi anıldı


Kriminal 06 Apr 2018 18:18:00 385 0

ADGTTda aprel şəhidlərinin xatirəsi anıldı

Aprelin 5-də ADGTT-da aprel döyüşlərində həlak olan şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olundu. "Yarımçıq qalmış" adlı tamaşa aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunub.

Tamaşadan əvvəl teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov, teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, tamaşanın rejissoru , Xalq artisti Vaqif Əsədov səhnəyə çıxdılar. Torpaqlarımız uğrunda şəhid olan vətən oğulları bir dəqiqəlik sükutla yad edildikdən sonra teatrın direktoru bildirdi ki,  2016-cı ilin apel ayında Azərbaycanın növbəti qəhrəmanları doğulduar. Düşmən hücumlarına layiqli cavab verən igidlərimiz torpaqlarımızın sahibsiz olmadığını bir daha sübut etdilər. Dörd günlük aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini, ordumuzun peşəkarlığını o qədər də geniş şərh etməyə yəqin ki, ehtiyac yoxdur. Yüksək peşəkarlıq, ciddi nizam intizam, lazımi səviyyədə təchizat, yetərli maddi-texniki baza, şəxsi heyətin ruh yüksəkliyi, sağlam zabit - əsgər münasibəti, hərbi və əməliyyat tapşırıqlarının yerinə yetirilməsində elmi və praktiki təcrübə kimi halları ordumuzun ünvanına qürur hissi ilə ünvanlaya bilərik. Azərbaycan ordusu xalqımıza məxsus olan zəngin hərbi ənənələri böyük məsuliyyət və şərəflə davam etdirir. Azərbaycan ordusunun qüdrətlənməsi və inkişafı ilə bağlı ən önəmli və danılmaz fakt isə ondan ibarətdir ki, dövlət ordu quruculuğuna xüsusi diqqət və qayğı ilə yanaşır.


Xəbərə aid fotolar