Azərbaycan XİN başçısı: "BMT Təhlükəsizlik Şurasında islahatlar aparmaq lazımdır"


Siyasət 06 Apr 2018 17:56:01 374 0

Azərbaycan XİN başçısı: "BMT Təhlükəsizlik Şurasında islahatlar aparmaq lazımdır"

"Bu gün Qarabağla bağlı qətnamə kimi, bir çox digər məsələlərin yerinə yetirilmədiyini görürük"

"BMT sistemində, o cümlədən BMT Təhlükəsizlik Şurasında islahatlara ehtiyac olduğunu başa düşürük".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransının yekunları üzrə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ilk növbədə BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayı artırılmalıdır.

"Əlbəttə, BMT dialoq üçün unikal meydandır. Amma bu strukturda islahatlar aparılması iləbağlı konkret tələblərimiz var", - E.Məmmədyarov bildirib.

"Ölkələr BMT sıralarına qoşularkən onun qərarlarına uyacaqları ilə bağlı üzərlərinə öhdəliklər götürürlər. Lakin bu gün Qarabağla bağlı qətnamə kimi, bir çox digər məsələlərin yerinə yetirilmədiyini görürük", - E.Məmmədyarov əlavə edib.