Venesuela XİN: "Azərbaycan dünyada sülh və sabitliyin təmin olunmasına mühüm töhfə verir"


Dünya 06 Apr 2018 17:58:00 285 0

Venesuela XİN: "Azərbaycan dünyada sülh və sabitliyin təmin olunmasına mühüm töhfə verir"

"Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda aralıq nazirlər konfransı çox səmərəli bir konfrans oldu və mühüm müzakirələr həyata keçirildi".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Hərəkata sədrlik edən Venesuelanın xarici işlər naziri Xorxe Arreasa konfransın yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Qoşulmama Hərəkatı dünyada sülhün və sabitliyin təmin edilməsinə, beynəlxalq hüquq prinsiplərə hörmət edilməsinə, ölkələrin daxili işlərinə qarışmamağa, münaqişələri dayandırmağa çağırır: "Bizim məqsədimiz budur və ona görə də biz buradayıq və bu məsələləri müzakirə etdik".

Venesuelalı nazir tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürünü bildirib. O Azərbaycanın dünyada sülh və sabitliyin təmin olunmasına mühüm töhfə verdiyini diqqətə çatdırıb.