Qoşulmama Hərəkatı Xarici işlər nazirlərinin konfransı çərçivəsində yekun sənədlər qəbul edilib FOTO


Siyasət 06 Apr 2018 17:18:00 292 0

Qoşulmama Hərəkatı Xarici işlər nazirlərinin konfransı çərçivəsində yekun sənədlər qəbul edilib  FOTO

Bakıda keçirilən Qoşulmama Hərəkatı Xarici işlər nazirlərinin aralıq toplantısı çərçivəsində yekun sənədlər qəbul edilib.

Son.az Trend-ə istinadən bildirir ki, konfrans çərçivəsində Bakı bəyannaməsi qəbul olunub.

Bundan əlavə, ötən gün keçirilən Fələstin üzrə Nazirlər Komitəsinin iclasında təsdiq edilmiş Fələstin üzrə yekin bəyannamə qəbul olunub.

Qeyd edək ki, aprelin 5-6-da Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçirilir.

Konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri, ümumilikdə 800-dən artıq şəxs iştirak edirlər.

Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Hərəkat yanında müşahidəçi statusuna malikdir.