İndoneziyalı turistlər üçün xüsusi turizm paketləri hazırlana bilər


Digərləri 06 Apr 2018 17:01:00 207 0

İndoneziyalı turistlər üçün xüsusi turizm paketləri hazırlana bilər

Azərbaycanla İndoneziya arasında İndoneziyadan ölkəmizə gələn turistlərlə bağlı xüsusi turizm paketlərinin hazırlanması məsələsi müzakirə olunub.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanla İndoneziya arasında İndoneziyadan ölkəmizə gələn turistlərlə bağlı xüsusi turizm paketlərinin hazırlanması məsələsi müzakirə olunub. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu məsələ nazir Əbülfəs Qarayevin İndoneziyanın xarici işlər nazirinin müavini Abdurrahman Mohammad Fachirlə görüşü zamanı müzakirə edilb. Görüşdə Azərbaycan və İndoneziya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, o cümlədən müvafiq hüquqi-baza, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr barədə fikir mübadiləsi aparılıb.