"Daşım yaman ağırdır..." Aygünün qızı


Şou-biznes 06 Apr 2018 16:35:00 341 0

"Daşım yaman ağırdır..."  Aygünün qızı

Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova 106.3 FM-də Kazım Sübhanın qonağı olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, İlqarə arıqlamağından danışıb:

"Gözəl yeməklər bişirirdim. İndi məndən soruşanda ki, nə vaxt yemək bişirirsən? Deyirəm, bir də yemək bişirməyəcəm. Çünki mən ömürlük pəhrizdəyəm".

İlqarə dostlarından da söz açıb. O bildirib ki, son günlər dostluq etdiyi insanlardan zərbələr alıb:

"Rəfiqədən yarımamışam. Mənim daşım yaman ağırdır. Əvvəl deyirdim ailə önəmli deyil. Amma indi baxıram ki, yox, onların böyüdüyü ailəyə fikir vermək lazımdır. İllər ərzində anamın ətrafında olanları da görmüşəm. Son vaxtlar dostlarıma qarşı ayrıseçkilik edirəm. Kimin yeri haradı bilməlidirlər".