Nazir müavini: "Azərbaycan və İraq bir çox sahələrdə məhsuldar əməkdaşlıq edir"


Siyasət 06 Apr 2018 16:11:36 244 0

Nazir müavini: "Azərbaycan və İraq bir çox sahələrdə məhsuldar əməkdaşlıq edir"

Azərbaycana səfər edən iraqlı turistlərin sayı artıb

"Azərbaycan və İraq bir çox sahələrdə məhsuldar əməkdaşlıq edir".

"Report" xəbər verir ki, bunu İraqın xarici işlər nazirinin müavini Səid Şurş Xalid deyib.

Onun sözlərinə görə, turizm sahəsi xüsusi maraq doğurur: "Bir neçə il əvvəl Azərbaycana gələn iraqlı turistlərin sayı, təxminən, 2-3 min nəfər idisə, bu gün bu rəqəm 65 minədək artıb".

Nazir müavini həmçinin vurğulayıb ki, Azərbaycan və İraqın potensialı həmçinin kənd təsərrüfatı və energetika sahəsində əməkdaşlığı inkişaf etdirməyə imkan verir.