17 yaşlı Fatimə Əli Kərimlini biabır etdi VİDEO


Digərləri 06 Apr 2018 16:02:00 328 0

17 yaşlı Fatimə Əli Kərimlini biabır etdi  VİDEO

Özünü partiya sədri hesab edən, fəaliyyəti isə yalnız sosial şəbəkələrdə status yazmaqdan ibarət olan Əli Kərimli və onun manqurtlaşmış dəstəsi seçki öncəsi iqtidara, hakimiyyət təmsilçilərinə ləkə yaxmaq, dövlətin imicini nüfuzdan salmaq üçün hər yola əl atır.

Son.az azvision.az-a istinadən xəbər verir ki, vəziyyət o həddə çatıb ki, Kərimli başlatdığı çirkin kampaniyada öz tərəfdarlarını da qurban verməkdən çəkinmir, hətta xanım cəbhəçilərin üzərindən özünə siyasi divident qazanmağa çalışır.

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə müxaliflər tərəfindən 17 yaşlı Fatimə Mövlamlı adlı gənc xanımın guya itkin düşməsi haqda ardı-arası kəsilməyən məlumatlar dolaşmaqdadır. Başda Kərimli olmaqla onun yolunu tutan radikallar silsilə statuslar yazaraq həmin xanımın guya mitindən sonra polis əməkdaşları tərəfindən saxlanıldığını, yerinin gizlədildiyini deyirlər. İddia edirlər ki, guya 17 yaşlı Fatimə Milli Şuranın mitinqində iştirak etdiyi üçün saxlanılıb. 

Kərimlinin dəstəsi bir qədər də irəli gedərək guya həmin xanımın polis tərəfindən şərləndiyini, üzərinə "əxlaqsızlıq" damğasının vurulduğunu yazmağa başladılar. Planlı şəkildə gündəmə gətirilən yalanı böyüdərək iqtidar əleyhinə kampaniyaya çevirməyə çalışdılar. Əli Kərimli isə bu çirkin kampaniyanın təşkilatçısı kimi iqtidarı "adam oğurluğu"nda ittiham etdi.

"17 yaşlı Fatimə Mövlamlını 5 gündür ki, hakimiyyət oğurladıb. Onun harada saxlanılması anasına belə deyilmir. Fatimənin 18 yaşı yoxdur. Rejimin bir gənc qıza tənqidi mövqeyinə görə divan tutmasına, ona qarşı mənəvi terroruna etiraz etmək isə hamımızın borcudur" - Kərimli statusunda yazıb.

Yalan ayaq açar, amma yeriməz deyirlər. Kərimlinin kampaniyasının ömrü heç bir gün çəkmədi. Oğurlandığı, itkin düşdüyü deyilən Fatimə sosial şəbəkədəki hesabında canlı yayım edərək Kərimli və onun dəstəsini haqqında yazdığı yalanlara görə ifşa etdi.