Türkiyə turizmin inkişafı ilə bağlı təcrübəsini Azərbaycana ötürmək istəyir


Digərləri 06 Apr 2018 15:58:18 160 0

Türkiyə turizmin inkişafı ilə bağlı təcrübəsini Azərbaycana ötürmək istəyir

Bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təqdimat müşaviri İrfan Çiftçi deyib

"2017-ci ildə Azərbaycandan Türkiyəyə dincəlməyə gedənlərin sayında 50%-ə yaxın artım olsa da, Türkiyədən Azərbaycana gələn turistlərin sayı azalıb".

Bunu “Report”a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təqdimat müşaviri İrfan Çiftçi deyib.

"Türkiyə olaraq Azərbaycandan daha çox turist cəlb etmək istəyirik. Amma Azərbaycanda turizmininkişafını da dəstəkləyirik: "AzərbaycanınMədəniyyət və Turizm Nazirliyinin Milli TurizmTəbliğat Bürosu və metodika mərkəzi ilə birgə həyata keçirdiyimiz layihələrimiz var. Turizmin inkişafındadünyada ilk sıralarda olan Türkiyə təcrübəsini Azərbaycana ötürmək istəyirik. Turizm sahəsindətəhsil və məlumatlandırma işlərimiz olacaq.Azərbaycanda turizmin inkişafı, təsnifatlaşdırılması olması üçün geniş fəaliyyət göstəririk".