Dünya ulduzu əlindəki kitabla könülləri fəth etdi VİDEO


Dünya 06 Apr 2018 15:58:00 268 0

Dünya ulduzu əlindəki kitabla könülləri fəth etdi  VİDEO

İngiltərə Premyer Liqasında "Liverpul" forması geyinən Mohammed Salahın hava limanına daxil olarkən əlindəki Quran-i Kərim diqqət çəkib.   Son.az haberler-ə istinadən xəbər verir ki, Premyer Liqada 29 qolla bombardirlər yarışında zirvədə yer alan Mohammed Salah "Liverpul"u kürəyində daşımağa davam edir.

Misirli futbolçu sonuncu dəfə iki gün öncə Çempionlar Liqasında 1/4 finalın ilk matçında 1 qol və 1 asistlə "M.City" qarşısında 3-0-lıq qələbədə önəmli pay sahibi olub.

Qeyd edək ki, bu yaxınlarda Misirdə keçirilən prezident seçkilərində 1 milyona yaxın seçici seçki bülleteninə sevilən futbolçunun adını qeyd edib. Salah getdiyi hər səfər matçı zamanı müqəddəs kitabı özü ilə aparır.

Təhməz Təkin