"İraqda olan azərbaycanlı uşaq və qadınlarla bağlı müzakirələrə hazırıq"


Siyasət 06 Apr 2018 15:46:00 280 0

"İraqda olan azərbaycanlı uşaq və qadınlarla bağlı müzakirələrə hazırıq"

"İraqda olan azərbaycanlı uşaq və qadınlarla bağlı İraq hökuməti olaraq danışıqlar aparmağa, müzakirələr keçirməyə hazırıq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İraq xarici işlər nazirinin müavini Said Şorş Xalid deyib.

Nazir müavini qeyd edib ki, bir çox ölkələrə uşaqların qaytarılmasında kömək ediblər:

"Məsələn, Rusiyaya İraqda qalan 27 uşağın qaytarılmasında kömək etmişik. Azərbaycanla da müzakirələrə hazırıq və onların geri qaytarılması ilə bağlı müvafiq qərar qəbul edə bilərik".