AntiAzərbaycan dairələrin sifarişi ilə işləyən vətən xainləri


Siyasət 06 Apr 2018 15:50:00 389 0

AntiAzərbaycan dairələrin sifarişi ilə işləyən vətən xainləri

Son.az olaylar.az-a istinadən yazını təqdim edir.

Artıq mühüm siyasi hadisələr, beynəlxalq tədbirlər ərəfəsində olan ölkəmizin antiAzərbaycan qüvvələr tərəfindən hədəfə alınması ənənəyə çevrilib. Yenə də eyni proses davam edir. Ölkədə keçiriləcək prezident seçkilərini pozmaq, ona kölgə salmaq üçün Azərbaycana qarşı barışmaz mövqedə dayanan, ölkəmizin inkişafını istəməyən qüvvələr yenə iş başındadırlar. Hədəf yenə də Azərbaycan dövlətçiliyi, dövlət atributları, onun rəsmi şəxsləridir. Bu dəfə isə antiAzərbaycan şəbəkənin sapı özümüzdən olan baltaları rolunu daha çox Avropaya sığınan, bu və ya digər dərəcədə erməni lobbisinə bağlı olan xaricdəki "soydaşlarımız" oynayır. Azərbaycanın inkişafını istəməyən həmin qüvvəllər xaricdəki azərbaycanlı "siyasi mühacirləri" öz əlaltılarına çevirə biliblər. Əgər əvvəllər antiAzərbaycan şəbəkənin "azərbaycanlı" dəstəkçiləri rolunu Fikrət Hüseynli, Türkel Kərimli, Natıq Ədilov, Orduxan Teymurxan, Məhəmməd Mirzəli, Elmir Şirəliyev, Camal Seyidli, Pərviz Abdullayev, Pervin İsmayilov,  oynayırdısa, indi onlara Müşfiq Qocayevlər, Vəfa Əlizadələr, Zaman Bünyatovlar, Orxan Həbiblilər və digərləri əlavə olunub. Hamısı da eyni məqsədə, hədəfə xidmət edir. Azərbaycan dövlətçiliyinə zərbə vurmağa, onu aşağılamağa. Elə fəaliyyətini Azərbaycan dövlətçiliyi əleyhinə qurmuş

Avropada söyüşü, dövlətçilik əleyhinə fəaliyyətləri  özünün peşə davranışına çevirən Orxan Həbibli də erməni lobbisinin, xarici kəşfiyyat orqanların sifarişi əsasında Azərbaycan Respubilkasının prezidenti və dövlətiçiliyi əleyihnə təbliğat aprır. Qoca qitədə Azərbaycan adına keçirilən hər bir tədbirə qara yaxan, onu aşağılayan Orxan Həbibli hətta bu günlərdə Almaniyada 31 mart azərbaycanlıların soyqırım günü ilə bağlı keçirilən tədbir barədə də Avropa cəmiyyətində yalnış təsəvvür yaratmağa çalışır ki, bu da erməni lobbisinin fəaliyyəti ilə eynilik təşkil edir. Elə bir neçə gün əvvəl Kölndə bu məqsədlə keçirilən toplantının da istənilən effekt verməməsi, əsas diqqətin soyqırıma deyil, digər siyasi proseslər və Azərbaycan dövlətçiliyi əleyhinə yönəlməsi üçün Orxan Həbibli və onunla eyni şəbəkədə Azərbaycan əleyhinə xidmət edən soyüşcül qrup kifayət qədər aktivlik göstərdi.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Avropadakı antiAzərbaycan şəbəkənin dəstəkverici "azərbaycanlı" aktivistləri arasında xanımlar da yer alıb. Onlardan biri də Vəfa Əlizadədir. Orduxanın söyüş maşınının təkəri rolunu oynayan Vəfa Əlizadənin etdiyi hərəkətlər nə bir azərbaycanlıya, nə də xanıma yaraşan hərəkətlər deyil. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin diktator obrazını yaradaraq dövlət başçısı barədə mənfi rəy yaradan bu xanım sanki erməni lobbisinin təlimatını yerinə yetirən biri kimi bütün müqəddəs dəyərləri hədəfə alıb. Hətta bu xanım Azərbaycan Ordusuna da dil uzatmaqdan çəkinmir. Ordu sıralarına çağırılan gənclərin hərbi xidmətdən yararsız vəziyyətdə, əlil, şikəst olmuş halda qayıtmaları barədə sosial şəbəkədə paylaşımlar edən Vəfa Əlizadə bununla planlı şəkildə cəmiyyətdə ruh düşkünlüyü yaratmağa, gənclərin Silahlı Qüvvələrdə xidmətə marağını azaltmağa çalışır ki, bu da birbaşa erməni lobbisinin fəaliyyəti ilə üst-üstə düşür, eynilik təşkil edir. Çünki erməni lobbisi, Ermənistan dövlətinin də əsas mübarizə metodlarından biri məhz Azərbaycan Silahlı Qüvvələri barədə mənfi rəy yaratmaq, onun gücü, qüdrətini aşağılamaqdır. Eyni addımın məlum söyüşcül şəbəkə tərəfindən atılması Azərbaycana qarşı başlanan bu kampaniyanın arxasında erməni lobbisinin maliyyəsinin dayandığını söyləməyə əsas verir. Təssülər olsun ki, Vəfa Əlizadə kimiləri də erməni lobbisinin toruna düşərək dövlətçilik əleyhinə fəaliyyətə köklənir, onun prezidenti, digər rəsmi şəxsləri, hətta dövlət atributları barədə təhqirə yol verirlər.  Bir sözlə Vəfa Əlizadə də bu gün Azərbaycana qarşı start götürmüş çirkin kampaniyanın fəal iştirakçılarından birinə çevrilib.

Avropadakı erməni lobbisinin maraqlarına uyğun olaraq Azərbaycan dövləti və rəhbərini hədəf alan söyüşcül qrupun üzvlərindən biri də Müşfiq Qocayevdir.  Bütün status və rəylərində Azərbycanda diktatura rejiminin mövcud olduğu iddiası ilə çıxış edən Qocayev bu əməlləri ilə ermənilərdən də artıq Azərbaycan dövlətçiliyinə zərbə vurmuş olur. Onu da qeyd etmək lazımdır ki, bu gün özünün mələk obrazını yaradaraq guya Azərbaycanda korrupsiya və rüşvətxorluğun mövcud olduğunu iddia edən, bu hala qarşı mübarizə aparan Qocayevin özü bir vaxtlar insanları şantaj etməklə onlardan rüşvət tələb edən "jurnalist" Fikrət Fərəməzoğlu ilə əlbir şəkildə həmin cinayətlərin iştirakçısı olub. Müşfiq Qocayev sifariş yerinə yetirmə əməllərini indi də Almaniyada davam etdirir.

Ümumiyyətlə, Azərbaycana qarşı birləşmiş şəbəkənin üzvlərinin kimliyi, onların xarakteristikasına nəzər yetirdikdə aydın şəkildə görə bilirik ki, bütün qeyri-sağlam ünsürlər, keçmişində qara ləkə olan şəxslər məhz burada cəmlənib. Necə ki, Elnur Mirzəyev kimi. Rəsmi şəkildə axtarışda olan Elnur Mirzəyev törətdiyi cinayətlərə görə təslim olmaq əvəzinə, əksinə Azərbaycan dövlətinə meydan oxuyur, onu  aşağılayır. Hazırda da axtarışda olan biri kimi fotosu Bakı Şəhəri Baş Polis İdarəsinin qarşısındakı lövhədə olan Elnur Mirzəyev törətdiyi cinayətlərdən peşimançılıq keçirmək əvəzinə çəkinmədən xalqa ağıl verməyə çalışır. Küçə söyüşləri, nalayiq hərəkətləri günlük yaşam tərzinə çevirən Elnur Mirzəyev erməni dəyirmanına su tökərək cəmiyyəti 11 aprel seçkilərini boykot etməyə çağırır. Ancaq sevindirici hal ondan ibarətdir ki, bu kimi antimilli ünsürlər Azərbaycan cəmiyyəti tərəfindən dəstəklənmir. Çünki onların fəaliyyəti erməni maraqlarına xidmət etmək və dövlətçilik əleyhinə yönəlib. Azərbaycan vətəndaşları isə bu kimi fəaliyyətləri qətiyyən qəbul etmir. Əksinə antimilli mövqedən çıxış edənlərin ifşa olunub hər kəsə tanıdılmasını istəyir. Və artıq bu istiqamətdə müvafiq addımlar atmaq zərurətə çevrilib. Yəqin ki, hüquq-mühafizə orqanları da həmin şəxslərin ifşa edilərək layiqli cəzalarını almaları üçün müvafiq tədbirlər görəcək. Elə cəmiyyətin və xalqın da mövqeyi bundan ibarətdir.