GUAM-ın baş katibi gələn həftə Azərbaycana gələcək


Digərləri 06 Apr 2018 15:35:43 177 0

GUAM-ın baş katibi gələn həftə Azərbaycana gələcək

GUAM-ın müşahidə missiyası beş nəfərdən ibarət olacaq

GUAM-ın baş katibi Altay Əfəndiyevin rəhbərlik etdiyi təşkilatın müşahidəçilərdən ibarət nümayəndə heyəti Bakıya aprelin 10-da gələcək.

Bu barədə "Report"a təşkilatdan bildiriblər.

Nümayəndə heyətinin səfərinin məqsədi aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərinin gedişini müşahidə etməkdir.

Qeyd edək ki, GUAM-ın qısamüddətli müşahidə missiyası baş katib də daxil olmaqla, beş nəfərdən ibarətdir.