Rövnəq Abdullayev: “2020-2021-ci illərdə yeni yataqlardan ilk məhsul əldə ediləcək”


İqtisadiyyat 06 Apr 2018 14:49:39 325 0

Rövnəq Abdullayev: “2020-2021-ci illərdə yeni yataqlardan ilk məhsul əldə ediləcək”

“Qarabağ” yatağının işlənmə planları üzrə əsas layihələndirmə mərhələsinə başlanılıb

“Düşünürəm ki, yeni yataqlardan 2020-2021-ci illərdə ilk məhsulu əldə edəcəyik”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.

“Neftçilərimiz “Qarabağ”, “Ümid-Babək”, “Abşeron” və digər yeni perspektivli sahələrin işlənməsi sayəsində neft hasilatının sabit saxlanılması, qaz hasilatının isə artırılması əzmindədirlər. Yeni yataqların işlənməsi ilə bağlı artıq bir çox mühüm qərarlar verilib”, - R.Abdullayev qeyd edib.

Onun sözlərinə görə, “Abşeron” yatağında “Total” şirkəti ilə birgə işlərə start verilib, “Ümid” yatağının işlənməsinə başlanılıb. SOCAR prezidenti vurğulayıb ki,“Qarabağ” neft-qaz yatağının işlənmə planları üzrə əsas layihələndirmə mərhələsinə başlanılıb: “SOCAR artıq öz imkanları ilə 6 min metrdən artıq dərinlikdə anomal yüksək təzyiqli və yüksək temperaturlu quyuların qazmasını uğurla həyata keçirir”.