ABŞ səfiri: "BMTyə nifrət edirəm"


Dünya 06 Apr 2018 15:27:00 251 0

ABŞ səfiri: "BMTyə nifrət edirəm"

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bu təşkilatda daha əvvəl ölkəni təmsil etmiş və hazırda prezidentin müşaviri olan Con Bolton kimi, BMT-yə nifrət etdiyini bildirib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə o, Şimali Karolina ştatında yerləşən Duk Universitetində (Duke University) tələbələrin suallarını cavablandırarkən deyib.

N. Heyli BMT-ni 2014-cü ildə Rusiya Krımı işğal və ilhaq etdiyi zaman, eləcə də Suriya məsələsində və Skripal olayında fəaliyyətsizlikdə günahlandırıb: "2014-cü ildə Rusiya İkinci Dünya müharibəsindən sonra ilk dəfə Avropanın sərhədlərini pozaraq Ukrayna ərazisinə müdaxilə edib, Krımı udarkən BMT dayanıb baxırdı. Rusiya öz əməllərini Ukraynanın şərqində davam etdirir".