Cəlilabadda yaradılan aqroparkda ikinci mərhələ üzrə işlər aparılır


Digərləri 06 Apr 2018 15:29:06 259 0

Cəlilabadda yaradılan aqroparkda ikinci mərhələ üzrə işlər aparılır

Cəlilabadda yaradılan aqroparkda ikinci mərhələ üzrə işlər davam etdirilir

Bakı. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi və onların investisiya layihələrinin maliyyələşdirilməsi tədbirlərini davam etdirir. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bu istiqamətdə növbəti tədbir aprelin 6-da Cəlilabad rayonunda keçirilib. Sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum çərçivəsində Cəlilabad rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, intensiv kartofçuluq, üzümçülük, soya, noxud və mərci əkini təsərrüfatlarının, süd emalı, quru meyvə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun fəaliyyəti və bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2018-ci ilin ötən dövründə sahibkarların ümumi dəyəri 360 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 51 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5200-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.