BSU-da qanvermə aksiyası keçirilib (FOTO)


Digərləri 06 Apr 2018 14:56:00 235 0

BSU-da qanvermə aksiyası keçirilib (FOTO)

Bakı Slavyan Universitetində Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilib.

Bakı. Bakı Slavyan Universitetində Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilib. Universitetin tələbə və müəllim heyəti tədbirə qatılaraq qana ehtiyacı olan xəstələr üçün könüllü qan veriblər. Trend-in məlumatına görə, Tibbi Biliklərinin Əsasları və Mülki Müdafiə Kafedrasının müdiri Pərvanə Cəfərova bildirib ki, universitetdə bu aksiyanın keçirilməsi artıq ənənəvi hal alıb: "Hər il aprel ayı ərzində “Donor günü” keçirilir və BSU-nun kollektivi talassemiyalı xəstələrə dəstək olmağa çalışırlar. O, tədbirin talassemiya ilə bağlı dövlət proqramlarına uyğun həyata keçdiyini vurğulayıb. Məlum olduğu kimi, talassemiya irsi qan xəstəliyidir, qırmızı qanda olan hüceyrələr talassemiyaya tutulur və düzgün fəaliyyət göstərmir. Bu xəstəliyin müalicəsində qanköçürmə mühüm rol oynayır".