Bunu da gördük! Qayınata qızının ərinə aşiq oldu


Dünya 06 Apr 2018 13:51:00 262 0

Bunu da gördük! Qayınata qızının ərinə aşiq oldu

İstanbulda baş verən olay eşidən hər kəsin heyrətinə səbəb olub.

Son.az Sözcü-yə istinadən xəbər verir ki, qayınata qızının yoldaşına aşiq olub, iddiaya görə hətta bunun üçün 3 yaşlı nəvəsindən də istifadə edib.   M.K. ilə sevgilisi E.K. 2012-ci ildə evlənib və bir il sonra da bir qız uşaqları olub. Ancaq qısa zamanda cütlük arasında münaqişələr yaranmağa başlayıb. İddiaya görə,  bu dönəmdə qayınata Yaşar I.-də yeznəsi E.K.-ya qarşı hisslər yaranmağa başlayıb. Zamanla bu münasibət sevgiyə dönüb.

Qayınatanın yeznəsinə qarşı bu yaxınlaşmasından dolayı ər-arvad olan M.K. ilə E.K.-nin ailə həyatları da sarsılmağa başlayıb. Evdə tez-tez yaşanan mübahisələrə görə, M.K. uşağını da götürərək, atasının evinə getmək məcburiyyətində qalıb. Bir müddət sonra ayrı yaşamağa başlayan cütlük boşanmaq qərarı verib.

Hələ boşanma üçün məhkəməyə müraciət edilməmiş, qayınata Yaşar I. 2016-cı ilin avqust ayından sentyabra kimi yeznəsinə ona qarşı hisslərinin olduğunu, onu dəlilər kimi sevdiyi ilə bağlı mesajlar yazmağa başlayıb. 

Yeznəsindən qarşılıq görməyən qayınata "Sənə haqqımı halal etmirəm, ömrün boyunca sevgiyə möhtac yaşa. Allah şahiddir ki, mən 2012-ci ilin 24 fevral günündən bu yana sənə heç vaxt xəyanət etmədim" mesajını yazıb.

İNTİQAM ÜÇÜN NƏVƏSİNDƏN İSTİFADƏ ETDİ

Boşanmaq üçün məhkəməyə müraciət edildikdən sonra M.K. 3 yaşlı qızıyla atası Yaşar I.-nın evində yaşamağa başlayıb. Yaşar I. yeznəsini qəzəbləndirmək və acıq çıxmaq üçün iyrənc niyyətinə görə nəvəsindən istifadə edib. Yataqda yarıçılpaq halda nəvəsiylə çəkdiyi fotoları sosial şəbəkədən qızının keçmiş ərinə göndərib. Bundan sonra keçmiş yeznə fotoları prokurorluğa təqdim edərək şikayət edib.