Əli Kərimlinin İsgəndər Hüseynzadə sevgisi...


Siyasət 06 Apr 2018 13:14:00 315 0

Əli Kərimlinin İsgəndər Hüseynzadə sevgisi...

Kimdir İsgəndər Hüseynzadə? O, niyə Milli Şuranı, Əli Kərimlini bu cür davakarcasına, necə deyərlər, qanını qaşığa qoyaraq müdafiə edir?

Məlum oldu ki, bu adam İranın bəzi dairələrinin istifadəsində olan bir casusdur. Adam birmənalı Azərbaycana - öz ölkəsinə, dövlətinə düşmən mövqedə dayanan biridir. Onun barəsində bildirilir ki, Hüseynzadə İsgəndər Hüseynəli oğlu 27 yanvar, 1966-cı ildə Cəlilabad rayonunda anadan olub. 1996-cı ildən ailəsi ilə birgə İran İslam Respublikasının Qum şəhərinə köçüb.

2008-ci ildə barəsində "Dövlətə xəyanət" və "Terrorçuluq" maddələri ilə cinayət işi başlanıb. Elə həmin il MDB üzrə və İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.

İ.Hüseynzadə Qum şəhərində fəaliyyət göstərən "Nur" elmi-mədəni müəssisəsinin (nur-az.com) rəhbəridir. Onun saytında ölkəmiz əleyhinə qərəzli yazılar verilir. Bir sözlə, adamın rəhbərlik etdiyi sayt tam anti-Azərbaycan mövqelidi.

Barəsində "Dövlətə xəyanət" və "Terrorçuluq" maddələri ilə cinayət işi qaldırılmış, Azərbaycan əleyhinə açıq düşmənçilik edən bir adamın Əli Kərimlinin müdafiəsinə qalxması çox şeydən xəbər verir. AXCP sədrinin siyasi iştahı və iqtidara qərəzi o qədər yüksəkdir ki, o, ağına-bozuna baxmadan hər qüvvə ilə əməkdaşlığa getməkdən çəkinmir. Əli Kərimlinin ətrafı İran və Rusiya agenturası ilə qaynayır. Bu gün onun müdafiə etdiyi dini kəsimin haralara bağlı olduğu əksəriyyətə bəllidir.

Saflig.com