Puerto-rikalı ifaçının videoklipi "YouTube"da izlənmə rekordu qırıb


Digərləri 06 Apr 2018 12:53:08 156 0

Puerto-rikalı ifaçının videoklipi "YouTube"da izlənmə rekordu qırıb

Videoklip 2017-ci ilin yanvar ayında yerləşdiriləndən sonra 5 milyard izlənmə toplayıb

Puerto-rikalı ifaçıları Luis Fonsi Deddi Yankinin "Despacito" videoklipi 2017-ci ilin yanvar ayında "YouTube" portalında yerləşdiriləndən sonra 5 milyard izlənmə toplayıb.

"Report" "Forbes"a istinadən xəbər verir ki, bu, "YouTube"da, eləcə də rəqsli hit üçün mütləq rekorddur.

İkinci sırada 3,5 milyard izlənmə sayı ilə Uiza Xalifa və Çarli Putun "See you again" mahnısına çəkilmiş çarx qərarlaşıb. Ed Şiranın "Shape of you" klipi isə 3,4 milyardlıq izlənmə ilə üçüncü olub.

Qeyd edək ki, 2017-ci ilin dekabrında "Despacito" "Billboard" jurnalının versiyasına görə ilin ən yaxşı mahnıları sırasında dördüncü yeri tutub.