"Arsenal" 7 və 14 illik statistikasını təkrarladı


İdman 06 Apr 2018 12:50:00 266 0

"Arsenal" 7 və 14 illik statistikasını təkrarladı

Avropa Liqasının 1/4 finalında keçirdiyi ilk oyunda CSKA-nı qəbul edən "Arsenal" 4:1 hesablı qələbə qazanıb. Goal.az xəbər verir ki, "topçular" ardıcıl 4 oyunda 3-dən az olmayaraq fərqlənib. Venqerin komandası daha öncə "Stoke City" və "Watford"a 3:0, "Milan"a 3:1 qalib gəlmişdi. Sonuncu dəfə "Arsenal" 2011-ci ilin yanvarında buna bənzər seriya göstərmişdi. London klubu CSKA-nın qapısına ilk hissədə 4 qol vurmaqla Avrokuboklarda 14 il əvvəlki statistikasını da təkrarlayıb. Sonuncu dəfə "Arsenal" Çempionlar Liqasında "Rosenborg"un qapısına ilk hissədə 4 qol vurmuşdu. 2004-cü ilin dekabrında baş tutan qarşılaşma İngiltərə təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.