HESABAT: "Azərbaycanda ictimaisiyasi vəziyyət, seçicilərin fəallığı demokratik və şəffaf seçkilərin keçirilməsinə tam imkan verir"


Digərləri 06 Apr 2018 12:44:00 251 0

HESABAT: "Azərbaycanda ictimaisiyasi vəziyyət, seçicilərin fəallığı demokratik və şəffaf seçkilərin keçirilməsinə tam imkan verir"

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki qərargahı Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı Aralıq Hesabatını təqdim edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, hesabat 5 fevral - 6 aprel 2018-ci il dövrünü əhatə edir. O bildirib ki, hesabatda "İctimai-siyasi mühit", "Söz və mətbuat azadlığı", "Sərbəst toplaşmaq azadlığı", "Namizədlərin irəli sürülməsi, qeydə alınması", "Seçici siyahıları, seçki administrasiyasının fəaliyyəti" və "Təbliğat və təşviqat kampaniyası"nın monitorinqinin nəticələri öz əksini tapıb.

M.Zülfüqarlı vurğulayıb ki, monitorinqin keçirildiyi dövrdə müstəqil qəzetlərdə seçki xəbərləri ümumi xəbərlərin 13,27%-ni, müstəqil teleqraf agentliklərində 13,65%-ni, iqtidar qəzetlərində 17,62%-ni, müxalifət qəzetlərində isə 9,84%-ni təşkil edib. Onun sözlərinə görə, müstəqil qəzetlər içərisində "Bakı xəbər" qəzeti (51,67%), müxalifət qəzetlərindən "Yeni Müsavat" qəzeti (50%), iqtidar qəzetlərindən isə "Azərbaycan" qəzeti (50,82%) öz səhifələrində seçki xəbərlərinə daha çox yer ayırıblar. TREND və APA informasiya agentliklərinin bu sahədə göstəriciləri eynidir (50%).