Balotelli: "Ağ dərili olsaydım, məni daha tez bağışlayardılar"


İdman 06 Apr 2018 12:32:00 253 0

Balotelli: "Ağ dərili olsaydım, məni daha tez bağışlayardılar"

"Nice" klubunun hücumçusu Mario Balotelli karyerası ərzində şahidi olduğu irqçilik halları barədə danışıb. Goal.az xəbər verir ki, 27 yaşlı forvard Fransa mətbuatına açıqlamasında bunları deyib:

"Bəzi stadionlarda azarkeşlərin mənə - " qaradərili italyan olmaz" qışqırıblar. Amma mənim nümunəm əksini göstərir. İtaliyada doğulub böyümüşəm və qanuna uyğun olaraq 18 yaşımdan sonra italiyalı olmuşam. Qanun ədalətsizdir. Bu səbəbdən bəziləri qaradərili insanları qəbul etmir. Onlar qaradərili futbolçunun komanda fotosunun mərkəzində olmasını yanlış görürlər. Fikrimcə, dərim ağ olsaydı, daha az problemim olardı. Ola bilsin, bəzi hadisələrdə mən özüm günahkar olmuşam. Bəzən situasiyanı düzgün qəbul etməmişəm. Amma əminəm ki, ağdərili olsaydım, məni daha tez bağışlayardılar. İtaliya rasist ölkə deyil, amma burda irqçilər yaşayır. Yeni nəsil vəziyyəti dəyişdirə bilər. Uşaqlara öyrətməliyik ki, dəri rənginin müxtəlifliyinə baxmayaraq hamımız eyniyik".