Axtarışda olan 1344 şəxs sərhəddə saxlanıl­ıb FOTO


Digərləri 06 Apr 2018 12:20:00 306 0

Axtarışda olan 1344 şəxs sərhəddə saxlanıl­ıb  FOTO

Dövlət Sərhəd Xidməti tərəfin­dən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlər uğurla davam etdirilir.

DSX-dan Son.az-a verilən məlumata görə, 2018-ci ilin birinci 3 ayı ərzində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində sərhəd nəzarəti və əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi sayəsində önəmli nəticələr əldə olunub.

İnterpolun axtarışında olan, həmçinin hüquq-mühafizə orqanları tərəfindən barəsində axtarış elan olunmuş 1344 şəxs dövlət sərhədindən buraxılış məntəqələrində müəyyən edilərək saxlanıl­ıb.

Dövlət sərhədindən saxta və özgəsinə məxsus sənədlərlə keçməyə cəhd edən 76 nəfər saxlanılıb, onlardan 29 nəfəri Azərbaycan vətən­daşı olub. 47 nəfər əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan ərazisinə gəlmə və ölkə ərazisindən tran­zit istifadə etməklə Avro­pa ölkələrinə səfər etmə cəhdlərinin qarşısı alınıb, gəlişinin məqsədini izah edə bil­məyən 101 nəfər əcnəbi vətəndaş qanunsuz miqrant olması ehtimal edilərək arzuolunmaz şəxs qismində ölkə ərazisinə buraxıl­mayıb.


Xəbərə aid fotolar