"Beşiktaş" hücumçusunu itirdi


İdman 06 Apr 2018 12:06:00 466 0

"Beşiktaş" hücumçusunu itirdi

Türkiyənin “Beşiktaş” klubu ciddi itkiylə üzləşib.

Goal.az xəbər verir ki, komandanın hücumçusu Vaqner Lav sıradan çıxıb. Braziliyalı futbolçu məşq zamanı sağ ayağından zədə alıb. 33 yaşlı forvard 2 həftə yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki, Lav qış fasiləsində "Beşiktaş"a "Alanyaspor"dan keçmişdi.