ABŞ Meksika ilə sərhəddə 4 min qvardiyaçı yerləşdirəcək


Dünya 06 Apr 2018 11:59:00 433 0

ABŞ Meksika ilə sərhəddə 4 min qvardiyaçı yerləşdirəcək

"ABŞ hökuməti ölkənin cənub sərhədinə 2-4 minədək qvardiyaçı yerləşdirəcək".

Son.az report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Milli qvardiyanın Meksika ilə sərhədə göndərilməsi üçün maliyyə xərcləri də gündəmə gəlib. ABŞ-ın Müdafiə Nazirliyi bu planın reallaşdırılması üçün maliyyə mənbəyi ilə bağlı suala cavab verə bilməyib. Prezident D.Tramp isə Ağ evin maliyyə smteası hazırlamadığını etiraf edib.