Zümrüd: "Yoldaşıma dedim ki, sənə gözəl xanım tapım..."


Şou-biznes 06 Apr 2018 11:38:00 310 0

Zümrüd: "Yoldaşıma dedim ki, sənə gözəl xanım tapım..."

"Arada şübhələrim olur, tez-tez yoxlanıram. Çox şükür sağlamam. Deyirlər, xərçəng xəstələri daha çox yaşayırlar. Çünki harası ağrıyırsa, gedib yoxlanırlar. Çətin bir imtahan idi. 28 yaşımda xəstəliyimi öyrəndim, çox çətin idi".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Zümrüd Qasımova "Bizimləsən" verilişində deyib. Xərçəngdən əziyyət çəkən aktrisa həyatından danışıb:

"Övladım yoxdur, ilk beş ildə dedilər dünyaya övlad gətirmək olmaz. 5 il bitdi, amma həkimlər icazə vermədi. Hamilə qaldım, həkimlər seçim qarşısında qoydu. Allaha dedim ki, mənə nə məsləhət görürsən? Övladımın xəstəliyimin birinci daşıyıcısı olmasını istəmirdim. Bir aylıq uşaq idi, amma getdi. İkinci dəfə hamilə qalmaq istədim, amma düşündüm ki, olmaz. Özümü ana olmaqdan birdəfəlik məhrum etdirdim. Kiminsə uşağını daşıya bilərəm, amma özüm olmaz. Suraqat ana ola bilərəm. Maraqlı bir haldır. Bunu da istəmirəm". 

Zümrüd həyat yoldaşından söz açıb. O bildirib ki, əri onu çox qısqanır: