Azərbaycan Mərkəzi Bankı: Ötən il heç bir bankın likvidliklə bağlı problemi olmayıb


İqtisadiyyat 06 Apr 2018 11:22:15 284 0

Azərbaycan Mərkəzi Bankı: Ötən il heç bir bankın likvidliklə bağlı problemi olmayıb

"Manat müəyyən qədər yığım vasitəsi funksiyasını bərpa etməyə başlayıb"

Azərbaycan iqtisadiyyatdına ödənişlərin vaxtlı-vaxtında həyata keçirilməsi üçün kifayət qədər pul var.

Bu barədə “Report”a Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Məlumatda həmçinin deyilir ki, nağd pul kütləsinin həcmiiqtisadi artım və inflyasiya proqnozları, habelə maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tənzimlənir: "Dəyər ölçüsü və ödəniş vasitəsi funksiyası ilə yanaşı, 2017-ci ildə manat müəyyən qədər yığım vasitəsi funksiyasını da bərpa etməyə başlayıb. Belə ki, 2017-ci ildə fiziki şəxslərin manatla bank əmanətləri 66,9% artıb. 2017-ci ildə Mərkəzi Bankın əsas əməliyyat hədəfi və iqtisadiyyata pul təklifinin əsas göstəricisi olan manatla pul bazası 8,7% artıb ki, bu da qeyri-neft sektoru üzrə iqtisadi artım tempini əhəmiyyətli üstələyir.”

AMB-dən o dabildirilib ki, həm likvidliyin verilməsi, həm də sterilizasiya alətləri daim aktiv saxlanılır. 2017-ci ildə ölkədəkiheç bir bankın likvidliklə bağlı problemi olmayıb.