Cənubi Koreyanın sabiq prezidenti 24 il həbs cəzasına məhkum edilib


Dünya 06 Apr 2018 11:28:17 268 0

Cənubi Koreyanın sabiq prezidenti 24 il həbs cəzasına məhkum edilib

Məhkəmə Pak Kın Heyə qarşı irəli sürülən ittihamların çoxunu qüvvədə saxlayıb

Koreya Respublikasının sabiq prezidenti Pak Kın He 18 ittiham maddəsi ilə 24 il müddətinə həbs cəzasına məhkum edilib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Məhkəmə Pak Kın Heyə qarşı irəli sürülən ittihamların çoxunu qüvvədə saxlayıb.

Qeyd edək ki, o, dövlət sirlərini açıqlamaq, pul tələb etməkdə, rüşvət almaqda, eləcə də vəzifəsindən sui-istifadə etməkdə təqsirkar bilinib.