İtaliya futbol hakimlərinin rəhbərinə VAR-a etiraz olaraq güllə göndərilib


İdman 06 Apr 2018 11:28:00 282 0

İtaliya futbol hakimlərinin rəhbərinə VAR-a etiraz olaraq güllə göndərilib

İtaliya Hakimlər Assosiasiyasının prezidenti Marçello Nikki bildirib ki, ona hakimlərə videoyardım sisteminə (VAR) etiraz əlaməti olaraq güllə qoyulmuş bağlama göndərilib.

Goal.az xəbər verir ki, analoji bağlamalardan assosiasiyanın vitse-prezidneti Narsiso Pisakreta və hakimlərin matçlara təyinatına cavabdeh olan Nikola Ritsoli də alıb.

Nikki bildirib ki, İtaliya polisi bu işlə bağlı araşdırma aparacaq və azarkeşləri hakimləri buna görə güllələməyə çağıran jurnalisti pisləyib. (report)