Bakıda avtomobillərdən oğurluq edənlər tutuldu


Digərləri 06 Apr 2018 11:10:00 206 0

Bakıda avtomobillərdən oğurluq edənlər tutuldu

Bakıda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini  N.Məmmədlinin "Chevrolet" markalı avtomobilindən 450 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Hüseyn Əliyarov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan tiryək də aşkar edilib.

Bakı şəhər sakini K.Abbasovanın "Nissan" markalı avtomobilindən 550 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Taliyə Mustafazadə 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Avtomobillərdən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilindiyinə görə saxlanılan Bakı şəhər sakini Rəvan Abdullayevin ətrafında Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun N.Ələkbərovanın "Ford" markalı avtomobilindən 300 manat pul və kosmetik əşyalar oğurlaması da müəyyən edilib.