Azərbaycanda daha bir tikinti şirkətinə qarşı cinayət işi başlandı


Digərləri 06 Apr 2018 11:04:00 230 0

Azərbaycanda daha bir tikinti şirkətinə qarşı cinayət işi başlandı

"Xudafərin" MTK-nın vəzifəli şəxslərinə qarşı cinayət işi başlanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, şirkətin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi artıq Bakı Ağır Cinayətlər Məhkəməsində göndərilib.