Azərbaycanda UNİKAL ƏMƏLİYYAT Xəstənin çənəsinin bir qismi götürüldü FOTO


Digərləri 06 Apr 2018 10:41:00 259 0

Azərbaycanda UNİKAL ƏMƏLİYYAT  Xəstənin çənəsinin bir qismi götürüldü  FOTO

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında mürəkkəb cərrahiyyə əməliyyatı uğurla icra olunub. 

Son.az xəbər verir ki, Universitetin mətbuat xidmətindən report-a verilən məlumata görə, ağız boşluğunda və çənəsində şiş olan bir xəstədə şişlə yanaşı, çənənin bir qismi də götülürüb.

Bildirilib ki, çənədən çıxarılan sümüyün əvəzinə isə titandan rekonstruktiv lövhə qoyulub.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının Üzçənə Cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudovun sözlərinə görə, xəstədə hələ 4 il qabaq çənəaltı tüpürcək vəzində şiş müşahidə olunub: "Həmin vaxt pasiyentin çənəaltı tüpürcək vəzinin patohistoloji müayinəsi nəticəsində bədxassəli şiş olduğunu aşkarlanıb. Xəstə sonrakı müalicə üçün onkoloji müalicə müəssisəsinə göndərilib, lakin növbəti müayinələrə gəlməyib. Həmin pasiyent 4 ildən sonra yenidən ATU Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Məlum olub ki, bu müddət ərzində xəstə özunu yaxşı hiss edib, heç bir problemi olmayıb. Lakin dekabr ayında xəstə özü bizə müraciət etdi. Bəlli oldu ki, artıq əməliyyat yerində deyil, ağız boşluğunda da törəmə əmələ gəlib. Rentgenoloji və kliniki müayinə nəticəsində aşkarlanıb ki, bu törəmə çənə sümüyünə və dilaltı toxumalara da yayılıb".


Xəbərə aid fotolar