İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb


Digərləri 06 Apr 2018 10:09:49 199 0

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Bakı. Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı vətəndaşın alt geyimində 4 bükümdə xalis çəkisi 0,682 qram olan narkotik vasitə - heroin, 5 bükümdə və 17 ədəd kiçik ölçülü plastik çubuqlarda isə ümumi xalis çəkisi 3,204 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib. Bundan başqa, vətəndaşın üzərində 5 ədəd klonazepam adlı həblər, 96 ədəd həb və 29 ədəd kapsul şəklində isə preqabalin adlı dərman preparatı aşkarlanıb.