İcbari Sığorta Bürosunun Himayəçilik Şurasının sədri dəyişib - EKSKLÜZİV


İqtisadiyyat 06 Apr 2018 09:52:32 373 0

İcbari Sığorta Bürosunun Himayəçilik Şurasının sədri dəyişib - EKSKLÜZİV

Lana Çingizovna Gözəlovanı Aqşin Əlizadə əvəz edib

İcbari Sığorta Bürosunun (İSB) Himayəçilik Şurasına (HŞ) yeni sədr təyin edilib.

"Report" xəbər verir ki, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sığorta vasitəçilərinə nəzarət sektorunun müdiri Aqşin Əlizadədir.

O, HŞ-nın sədri vəzifəsində "AXA MBask"Sığorta Şirkəti ASC-nin İdarə Heyəti sədrinin I müavini Lana Çingizovna Gözəlovanı əvəz edib. Xatırladaq ki, "AXA MBask" rəsmisi bu vəzifəni 2016-cı ilin dekabr ayındanicra edirdi.