ABŞ Nümayəndələr Palatasına rekord sayda qadın seçilmək qərarına gəlib


Dünya 06 Apr 2018 08:07:00 289 0

ABŞ Nümayəndələr Palatasına rekord sayda qadın seçilmək qərarına gəlib

ABŞ Nümayəndələr Palatasına namizədliyini irəli sürən qadınların sayı ölkənin tarixində rekord göstəriciyə çatıb.

Trend-in "Associated Press"ə istinadən verdiyi məlumata görə, Virciniya ştatı öz namizədlərinin siyahısını dərc etdikdən sonra, Demokrat və Respublika partiyalarından Konqresin aşağı palatasına namizədliyini irəli sürən qadınların sayı 309 nəfər təşkil edib.

Qeyd edilir ki, hazırkı göstərici 2012-ci ildə təyin edilmiş rekorddan 11 nəfər yüksəkdir. 2012-ci ildə 298 qadın namizədliyini irəli sürmüşdü.