Xoşbəxt evliliyin 10 asan yolu...


Digərləri 06 Apr 2018 05:30:00 323 0

Xoşbəxt evliliyin 10 asan yolu...

Son.az axşam.az-a istinadən xoşbəxt evliliyin 10 asan yolunu təqdim edir:

1. Bir-birinizi dəyişdirməyə çalışmayın - Sevdiyinizi olduğu kimi qəbul edin. Onun xüsusiyyətləri və vərdişlərini sevin. Kiçik bir narahatsızlıqdan söz-söhbət yaratmayın. Həyat yoldaşınızın pis xüsusiyyəti varsa, onu oturub sakitcə müzakirə edin. Tez-tez tərif deməkdən çəkinməyin.

2. Bir-birinizə hörmət edin - Həyat yoldaşınızla eyni fikirdə olmasanız belə, onun qərarlarına hörmət edin. Hörmət - evlilikdə güvənmə hissi yaradır. Mübahisə edərkən belə hörməti unutmayın. Çünki, bu, sevdiyinizin qəlbində dərin izlər qoya bilər.

3. Sevginizi nümayiş etdirin - Sevdiyinizə sizin üçün etdiklərinə görə diqqət göstərin. Ona olan sevginizi həm bilməsi, həm də görməsi üçün şərait yaradın.

4. Dürüst olun - Hamımız əslində olduğumuzdan daha yaxşı görünmək istəyirik. Səhvlərimizi gizlətməyə çalışırıq. Bu isə münasibətlərin pisləşməsinə doğru gedir. Səmimi olmaq önəmlidir. Hər şeyi danışaraq həll edin. Uzunmüddətli evlilikdə, bu, vacib şərtdir.

5. Həyat yoldaşınıza vaxt ayırın - Evdə gəldikdə çöldə, işdə gördüklərinizi bir kənara qoyun. Həyat yoldaşınızla birgə televizora baxın, yemək bişirin, söhbət edin. Hətta, bir-birinizdən uzaq məsafədə olsanız belə, tez-tez ona gözəl sözlər yazın.


Xəbərə aid fotolar