Paytaxtda özünü asan kişi son anda xilas edilib


Sosial 06 Apr 2018 04:49:37 274 0

Paytaxtda özünü asan kişi son anda xilas edilib

Zərərçəkmişin vəziyyəti ağırdır

Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report"un xəbərinə görə, Balaxanı qəsəbəsində yaşayan 1979-cu il təvəllüdlü Həsənov Rəşad Həmid oğlu özünü yaşadığı evin həyətində asıb.

Lakin o, yaxınlarının köməkliyi ilə son anda xilas edilərək 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları intihara cəhd hadisəsinin səbəblərini araşdırırlar.