Portuqaliya və İsveçrədən olan deputatlar ATƏT PA-nın Azərbaycanda prezident seçkilərində müşahidəçilər missiyasına rəhbərlik edəcək


Digərləri 06 Apr 2018 04:23:00 208 0

Portuqaliya və İsveçrədən olan deputatlar ATƏT PA-nın Azərbaycanda prezident seçkilərində müşahidəçilər missiyasına rəhbərlik edəcək

ATƏT-in Parlament Assambleyası aprelin 11-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün gələn həftə Azərbaycana müşahidəçi missiyası göndərəcək

Bakı. ATƏT-in Parlament Assambleyası aprelin 11-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün gələn həftə Azərbaycana müşahidəçi missiyası göndərəcək. Trend-in məlumatına görə, bu barədə ATƏT saytında yerləşdirilən məlumatda bildirilir. Nilza de Sena (portuqaliyalı deputat) xüsusi koordinator və ATƏT-in 300-dən çox üzvü olan qısamüddətli müşahidəçilər missiyasının rəhbəri funksiyalarını yerinə yetirəcək, Marqaret Kiner Nellen (isveçrəli deputat) isə ATƏT PA-nın 20-dən çox ölkədən olan təxminən 40 parlament üzvündən ibarət nümayəndə heyətinə rəhbərlik edəcək. Nilza de Sena bidirib: "Beynəlxalq müşahidəçilər kimi bizim vəzifəmiz seçki prosesi haqqında öz imkanlarımız və biliklərimiz daxilində məlumat verməkdən ibarətdir". Portuqaliyalı parlament üzvü Sena ATƏT PA-nın İqtisadi məsələlər, Elm, Texnologiya və Ətraf mühit üzrə Komitəsinin sədridir. Marqaret Kiner Nellen öz növbəsində bildirib: "Bu mühüm seçkilərdə ATƏT PA-nın müşahidə missiyasına rəhbərlik etmək və Azərbaycan xalqı ilə həmrəyliyimizi nümayiş etdirmək mənim üçün böyük şərəfdir. ATƏT PA hər missiyasına böyük əhəmiyyət verir və bütün seçkiləri 1990-cı ildə ATƏT-in Kopenhagen Sənədində razılaşdırılan öhdəliklər əsasında qiymətləndirir". Aprelin 11-də Azərbaycan keçiriləcək prezident seçkilərində Parlament Assambleyası səfir Koriyen Yonkerin başçılıq etdiyi ATƏT-in Demokratik Təşkilatlar və İnsan Hüquqları Bürosunun missiyası və Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri ilə sıx əməkdaşlıq edəcək. Müşahidəçilərin birgə məruzəsi aprelin 12-də Bakıda mətbuat konfransında təqdim olunacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin