İnsan niyə axirət dünyasını dərk edə bilmir?


Digərləri 05 Apr 2018 23:45:00 278 0

İnsan niyə axirət dünyasını dərk edə bilmir?

Əvvəlcə bunu qeyd etmək lazımdır ki, axirət dünyasını nə genişlik mənasında və nə də davamlı olmaq mənasında dünya ilə müqayisə edə bilmərik.

Genişlik mənasına işarə edən ayədə oxuyuruq: "Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış cənnətə doğru tələsin". ("Ali-İmran" 133).

Son.az deyerler.org-a istinadən bildirir ki, mərhum Əllamə Təbatəbai buyurur: "Behiştin ölçüsü deyilən zaman onun uzunluğu nəzərdə tutulmur, bəlkə genişliyi nəzərdə tutulur. Bu metafordur, yəni dərəcəsi uca olan bir məkana edilən işarədir. Bəşər xəyalı onu ölçüb-biçə bilməz. Onun üçün xüsusi hədd təsəvvür edə bilməz".

Biz axirət haqqında ancaq Qurandan və hədislərdən xəbərlər eşitmişik. Ona görə də onu dərk etmək bizim üçün asan deyildir. Ancaq bunu qəbul edə bilərik ki, bu cahan məhdud bir yerdir və fanidir.

Allah Təala Quranda buyurur: "Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, axirət evi - əbədi həyatdır (onun yeri, göyü, cəmadat və nəbatatı belə) əbədilik diridir (və elə bil ki, həyatın özüdür). Kaş biləydilər". ("Ənkəbut" 64).