İnsan orqanizmində gizlənən sirlər


Digərləri 05 Apr 2018 23:20:00 235 0

İnsan orqanizmində gizlənən sirlər

Allahın yaratdığı hər bir varlıq və hər bir mövcudat insanı heyrətə gətirir. İnsanın öz varlığının sirləri - bədənindən tutmuş batini hisslərinə qədər - hələ də alimləri heyrətə gətirir və Allahın qüdrətini bir daha insanın yadına salır.

İmam Sadiq (ə) yaxın səhabələrindən olan Mufəzzələ insan xilqətinin və varlığının bəzi sirlərini açıqlamışdır ki, biz də onların bir hissəsi ilə tanış olaq.

İmam Sadiq (ə) buyurur: "Ey Mufəzzəl! Hər bir insan cisminin əzası haqqında düşün! İş görmək üçün əllər, yol getmək üçün ayaqlar, yol getməyi görmək üçün gözlər, yemək üçün ağız, həzm etmək üçün ağız, ayırmaq üçün qaraciyər, insan bədənindəki artıqları xaric etmək üçün bağırsaqlar... Əgər bədənin bütün üzvləri barəsində düşünsən, başa düşərsən ki, hər bir şey hikmət sirrindən və tədbirdən irəli gəlmişdir".

Mufəzzəl deyir: "Soruşdum ki, "Ağacan! Bəziləri belə hesab edir ki, bütün bunların hamısı təbiətin işidir"".

Həzrət (ə) buyurdu: "Onlardan soruş ki, təbiət dedikləri şeyin bu işlər barəsində elmi və qüdrəti vardırmı? Əgər təbiət üçün elm və qüdrəti sabit etsələr, bəs niyə Xaliqi isbat etməkdən boyun qaçırdırlar? Əgər desələr ki, elm və qüdrət olmadan belə bu müdrik işi yerinə yetirmişdir, məlum olur ki, bu iş Müdrik Xaliqin işidir. Təbiət dedikləri şey - həmin İlahi sünnətdir ki, İlahi hikmət və göstəriş sayəsində həyata keçər".

Yeməyin həzm olması.

"Ey Mufəzzəl! Bədənin qidalanması və onda gizlənən tədbirlər barəsində yaxşı düşün. Yemək əvvəl mədəyə düşər. Sonra onun (yeməyin) çıxarışı çox nazik bir yolla qaraciyərə çatar. Bu nazik yol ona görədir ki, məbada kobud və bərk şey ona yol tapar. Çünki qaraciyər çox nazikdir və nəzifdir ki, təzyiqə gücü çatmır. Onu qəbul edər və müdrik tədbirlə onu qana çevirər. Damarlar vasitəsilə onu bütün bədənə çatdırar. Sanki, yer altında olan bulaq kimidir. Suyu onun hər tərəfinə çatdırar.

Çirkli və artıq şeyləri isə öz xüsusi qablarında saxlayar. O şey ki, öddəndir - öd kisəsinə tərəf, o şey ki, artıqdır - bağırsaqlara tərəf, o şey ki, tər və rütubətdirsə - böyrəklərə tərəfə gedər.

Son.az deyerler.org-a istinadən bildirir ki, bədənin tərkibində İlahi hikmət barəsində düşün ki, necə hər bir üzvü öz yerində qərar vermişdir. Bu orqanları elə yerləşdirmişdir ki, artıq və ziyanlı şeyləri özlərində toplayar ki, onlar bədənə yayılmasın. Cismi xəstləndirib məhv etməsin.

Necə ali mərtəbəlidir o Kəs ki, tədbiri gözəl etmişdir!".

Bədən necə inkişaf edir.

Mufəzzəl deyir: "Bədənin tədrici inkişafını şərh edərdiniz".

İmam (ə) buyurdu: "Əvvəldə nütfə elə olur ki, göz onu görmür və əl ona çatmır. Bu tədbir o zamana qədər davam edər ki, insan kamil şəkildə bayıra çıxar. Bu insanın bədəni kamil və möhkəmdir. Hər şey onda gizlənmişdir. Əzalardan tutmuş, bədənin başqa üzvlərinə qədər: sümüklərinə, ətinə, piyinə, beyninə, əsəb tellərinə, damarlara... qədər.

O zaman ki, dünyaya addım basar, görərsən ki, bütün bədən üzvləri bir-biri ilə həmahəng şəkildə elə inkişaf edər ki, əzası və şəkli sabit qalar. Nə çox böyüyər və nə də az inkişaf edər. Bu sirr elə bu cür davam edər o zamana qədər ki, əgər təqdir olarsa, şəxs büluğ yaşına çatar. Məgər bunlar Tədbir edənin lütfündən deyildirmi?".

Oturmaq və durmaq.

"Ey Mufəzzəl! Bax gör, Allah Təala insanı böyük və şərafətli tutmaq üçün və dördayaqlılardan üstün etmək üçün yaradılışında necə xüsusiyyətlər qərar vermişdir? Elə yaradılmışdır ki, ayağa qalxar və düz halda əyləşər. Əl və əzaları ilə əşyaya tərəf olar. Əli ilə iş görə bilər".

Beş hiss üzvləri.

"Ey Mufəzzəl! İnsanı başqa məxluqlardan şərafətli edən hisslər barəsində düşün. Bax gör, necə gözlər baş minarəsinin üstündə çıraq kimi qərar tutmuşdur ki, hər şeyi düzgün və kamil şəkildə görə bilsin.

Aşağı üzvlərdə əllər və ayaqlarda qərar tutmamışdır ki, bəladan qoruna bilsinlər və birbaşa əşya ilə təmasda olmasınlar. Həmçinin qarın və arxa bədənin ortasında qərar tutmamışdır ki, onları görmək çətin olmasın".

Beş hiss üzvlərinin sirləri.

"Heç bir üzv görmək üçün münasib yerdə qərar tutmaz, şübhəsiz baş - insan hissləri üçün ən yaxşı yerdir və onların evi kimidir. İnsan üçün beş hiss üzvü xəlq edilmişdir ki, beş hissi dərk edə bilsin. Əşyanı dərk etməkdən aciz olmasın. Gözlər xəlq edilmişdir ki, rəngləri və simaları dərk edə bilsin. Əgər rənglər və simalar olsaydı, ancaq onları görmək üçün gözlər olmasaydı - nə faydaları olardı ki?

Qulaq xəlq oldu ki, səsləri eşitsin. Əgər səs olsaydı və qulaq olmasaydı - ona ehtiyac olmazdı. Başqa hisslər də bu cürdür.

Əksi də sadiqdir. Belə ki, əgər gözlər olsaydı və rənglər, simalar olmasaydı - nə mənası olardı? Əgər qulaq olsaydı, ancaq səs olmasaydı - qulaq nə işə yarayardı? Bax gör necə təqdir olmuşdur ki, hər biri bir şeyi dərk edir".

Bəzilərinin gözlərdən, qulaqlardan... məhrum olmaqlarının hikməti.