Bu ucuz məhsullar dərinizi mükəmməl edəcək


Digərləri 05 Apr 2018 23:25:00 292 0

Bu ucuz məhsullar dərinizi mükəmməl edəcək

Təmiz baxımlı dəri və parlaq canlı saçlar istənilən qadını gözəl edə bilər.

Bəzi qida məhsullarının istehlakı dərinin vəziyyətini yaxşılaşdıra, onu daha sağlam və cavan edə bilər.

Son.az saglamolun.az-a istinadən dərini yaxşılaşdıran məhsulların siyahısını təqdim edir.

1. İlk növbədə mütəxəssislər adi yerkökünə fikir verməyi tövsiyə edirlər. Yerkök dəri üçün ən faydalı məhsuldur. Yerkökü beta-karotinlə zəngindir. Bu maddə orqanizmdə "gənclik vitamini" kimi tanınan A vitamininə çevrilir. A vitamini dərinin rəngini yaxşılaşdırır, onu daha təravətli edir.  

2. Yumurta dəridə qocalma proseslərini ləngidir, dərini daha dartılmış edir. Bunun səbəbi yumurtanın tərkibində olan lütein maddəsidir.

3. Qatıq bağırsaqların mikroflorasını yaxşılaşdırır, qəbizliyin qarşısını alır. Bağırsaqların fəaliyyətində problemlərin olması dərinin vəziyyətinə çox pis təsir edir.