Təyəmmümü möhürün üzərinə etmək olarmı?


Digərləri 05 Apr 2018 23:15:00 245 0

Təyəmmümü möhürün üzərinə etmək olarmı?

Təyəmmümü aşağıdakı səbəblər üzündən möhürün üzərinə etmək düzgün deyil.

Son.az islam.az-a istinadən bildirir ki, əvvəla, təyəmmüm zamanı əllərin içi birlikdə, eyni bir zamanda yerə vurulmalıdır. İki ovucun bütöv yerləşəcəyi ölçüdə möhür tapmaq çox çətindir. Hətta əgər belə bir möhürün tapılacağını ehtimal etsək də, yenə onun üzərinə təyəmmüm etmək düz olmaz. Çünki təyəmmüm edilən səthin azacıq toz-torpaqlı olması lazımdır. Belə ki, həmin yerin toz-torpağı ovuclara dəyməlidir. Hətta ovucları yerə vurduqdan sonra yapışmış toz-torpağı çırpmaq da məsləhət görülür. Möhürün üzərində buna kifayət edən qədər toz-torpaq olmur. Bu səbəblərdən möhür üzərinə təyəmmüm etmək düzgün deyil.