Birinci vitseprezident Mehriban Əliyeva Bakıda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin şərəfinə verilən ziyafətdə iştirak edib FOTO


Siyasət 05 Apr 2018 23:01:00 270 0

Birinci vitseprezident Mehriban Əliyeva Bakıda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin şərəfinə verilən ziyafətdə iştirak edib  FOTO

Aprelin 5-də Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin şərəfinə ziyafət verilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Azərbaycanın Birinci vitse-prezidenti mərasimdə çıxış etdi.

Sonra Azərbaycanın "Ekspo-2025" Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyi ilə bağlı videoçarx nümayiş olundu.

Mərasim konsert proqramı ilə davam etdi.


Xəbərə aid fotolar