İnsultla bağlı müraciətlərin sayı artıb –


Digərləri 05 Apr 2018 23:05:00 204 0

İnsultla bağlı müraciətlərin sayı artıb –

2017-ci ildə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 693600-dən artıq ümumi müraciət daxil olub. Bu da keçən illə müqayisədə 12000 çoxdur.

Son.az medicina.az-a istinadən bildirir ki, bunu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva jurnalistlərə açıqlamasında Stansiyanın keçənilki hesabatı haqqında danışarkən deyib.

Onun sözlərinə görə, stansiyaya müraciət edənlərin sayında artım müşahidə olunur:

"Müraciətlərdən 63300-dən çoxu xəstəxanaya yerləşdirilmə ilə nəticələnib. Uşaqlar üçün edilən çağırışların sayı 12500-dən artıq olub. Stansiyamızda əvvəllər fəaliyyət göstərən pediatrik  briqadalar bərpa olunub. Bu səbəbdən 2017-ci ildə həkim yanında uşaq ölümü qeydə alınmayıb.