4 yaşlı uşaq xəstəxanada öldü


Digərləri 05 Apr 2018 22:56:00 224 0

4 yaşlı uşaq xəstəxanada öldü

Tovuzda ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşaq orada ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, rayonun Çataq kənd sakini, 2014-cü il təvəllüdlü Xanım Vüsal qızı Məhərrəmova tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, sağlamlığında problemlər olan 4 yaşlı uşağa ötən axşam dərman veriblər. Bu gün səhər isə uşağın vəziyyəti pisləşməyə başlayıb.