Bircə həqiqi səcdənin aramlığını verə bilməz...


Digərləri 05 Apr 2018 22:45:00 234 0

Bircə həqiqi səcdənin aramlığını verə bilməz...

Bunu etiraf etmək lazımdır ki, əgər dünyanın bütün psixologiya üzrə mütəxəssis olan alimləri və doktor səviyyəsinə çatan həkimləri bir yerə yığışsalar ki, insana hüzur hissini versinlər - onların verdiyi bu rahatlıq və hüzur həqiqi bir səcdədən əldə olunan hüzur qədərində ola bilməz.

Son.az deyerler.org-a istinadən bildirir ki, səcdəgah - aramgahdır və hüzuru öyrədən ən böyük məktəbdir. Ruhun bütün qərarsızlıqları və narahatlıqları bu böyük məktəbdə müalicə olunar və aradan gedər. Səcdəgah - kiçik bir evdir ki, orada rəhmət mehi əsməyə başlayar. Ardınca isə rahatlıq və hüzur gətirər.

Psixoloqlar deyir ki, sizə rahatlıq verən səhnələri təsəvvür edin və baxın görün necə dəyişəcəksiniz. Amma axı bu aram səhnələri təsəvvür etmək hara, onu vücudən yaşamaq hara?

Allah Təala həyatımızın bu böyük rahatlıq yolunu bizə öyrətmiş və onu səcdəgahda görmüşdür. Bu səcdə elə olmalıdır ki, sanki dünyadan ayrılmısınız və Allahdan qeyrisini düşünmürsünüz. Zikrlər edin və Allahdan yardım istəyin.