170 milyon illik izlər aşkarlandı VİDEO


Digərləri 05 Apr 2018 22:29:00 274 0

170 milyon illik izlər aşkarlandı  VİDEO

Bu canlı 1 ton ağırlığında, 5-6 metr boyunda olub

Şotlandıyada Sky Adasında 170 milyon il öncəyə aid olan dinozavrın ayaq izi aşkar edilib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, araşdırmaya görə 50 ayaq izinin dinozavrlara aid olduğu iddia olunur. Qeyd edək ki, adada bundan öncə də ayaq izləri tapılıb. Alimlərin dediklərinə görə, həmin ayaq izləri Saurischia ailəsindən olan Sauropoda dinozavrına aiddir. Ancaq adada kəşf edilən yeni ayaq izləri isə etobur və üç tırnaklı bir dinozavr növünə aid olduğu ehtimal olunur. Edinburgh Universitetinin palaentoloqu Stephen Brusatte bildirib ki, bu ayaq izləri etobora aiddir: " Sadəcə ayaq izləri aşkar edilib. El izi yoxdur. Deməli bu arxa ayaqları üstündə yeriyən dinozavrdır. T-Rex-in əcdadındandır. ".


Xəbərə aid video